Xocalı rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Təhsil İdarəsi Xocalı və Xocavənd Təhsil sektorunun birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar, "Heydər Əliyev İli" çərçivəsində" tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq Xocalı rayon ümumtəhsil məktəblərində kitab və rəsm sərgiləri təşkil edilir. May ayının 18-də baş tutan sərgidə Ulu öndər Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətlərini əks etdirən kitablar və rəsm əsərləri nümayiş olunub.Qeyd edək ki, şagirdlər arasında müxtəlif müsabiqələrin təşkili davam etdiriləcəkdir.